Rusiyanı dəstəkləməyə davam edəcəyik - Lukaşenko

Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiyanı dəstəklədiyini və bundan sonra da dəstəkləməyə davam edəcəyini bildirib.

Gununsesi.info TASS -a istinadən xəbər verir ki, o, bu barədə ölkənin Müstəqillik Günü münasibətilə təşkil olunan mərasimində çıxışı zamanı deyib.

“Biz Rusiyanı dəstəkləmişik və bundan sonra da dəstəkləyəcəyik” – Lukaşenko qeyd edib.

Bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin belaruslu həmkarı Aleksandr Lukaşenkonu respublikanın Müstəqillik Günü münasibətilə təbrik edib. Putin həmçinin ruslar və belaruslar arasında dostluğun və qarşılıqlı dəstəyin qorunub saxlanmasının və möhkəmləndirilməsinin vacibliyini vurğulayıb.

Gununsesi.info