Rusiyanı havadan, qurudan və kosmosdan da vura bilərik - GENERAL

  • By admin
  • 20 Sentyabr 2019 10:06

Lazım gələrsə Rusiyanı havadan, qurudan və kosmosdan vura bilərik.

Gununsesi.org xəbər verir ki, bu sözləri ABŞ-ın Avropa, Afrika və NATO Hava Qüvvələrinin komandanı, general Ceffri Harrigian deyib.

Mətbuata açıqlamasında general əlavə edib ki, Rusiyanın Avropaya mümkün hücumuna dərhal cavab verməyə hazırdırlar: “Bu durumda havadan, qurudan, dənizdən və kosmosdan hücum, eyni zamanda kiber sahədə və elektronik müharibə baş verəcək. Biz bu sxem üzərində işləyirik. Biz həmişə bu planlar üzərində düşünürük və bir gün bu planı həyata keçirməyə hazır olacağıq”.

General Pentaqonin hazırladığı planla bağlı ətraflı danışmayıb.

Gununsesi.org