Rusiyanı müharibəni bitirməyə vadar edəcək TƏKLİF

  • By admin
  • 19 Mart 2022 18:09

Polşanın Baş naziri Mateuş Moravietski Avropa İttifaqına Avropa Şurasının növbəti iclasında Rusiyaya qarşı sanksiyaların gücləndirilməsini nəzərdən keçirməyi və təcavüzkar ölkə ilə quruda və dənizdə ticarəti tamamilə dayandırmağı təklif edib.

Gununsesi.info xəbər verir ki, bu barədə Polşa mediası yazıb.

“Polşa bu sanksiyalar paketinə mümkün qədər tez bir zamanda ticarət blokadası əlavə etməyi təklif edir. Bunlar dəniz limanlarıdır – Rusiya bayrağı altında rus mallarının olduğu gəmilərin limanlara girişinə qadağa, həmçinin qurudan ticarətə qadağa nəzərdə tutulur” – Moravietski qeyd edib.

Baş nazirin fikrincə, bu cür addımlar Rusiyanı Ukrayna ilə müharibəni bitirmək barədə düşünməyə vadar edə bilər.

Bundan əvvəl İsveç Rusiya ilə əlaqəli gəmilərin blokadasına başlamaq qərarına gəlib.

Gununsesi.info