Rusiyanın paytaxtı Moskvada 150 nəfərin həyatını itirdiyi terror aktından sonra terrorçuların necə tutularaq sorğu-sual edildiyinə dair yeni görüntülər ortaya çıxıb.
Gununsesi.info xəbər verir ki, yayımlanan görüntülərdə Şəmsəddin Fəriddun adlı terrorçunun sorğu-sualının çox şiddətli şəkildə həyata keçirildiyi görünür. Görüntülərdə şalvarının aşağı çəkildiyi və cinsiyyət orqanına elektrik kabellərinin bağlandığı aydınlaşarkən Fəriddun ağzından köpük axaraq idman zalının döşəməsində uzanaraq görüntülənib. Kabellərin digər tərəfində 80 volt batareyası olan hərbi ratsiya var.
Sosial şəbəkələrdə yayılan görüntülərdən sonra bəzi hesablarda bu üsulun Rusiyada adi hal olduğu bildirilir. Bu sorğu-sualın “Tapik” kimi tanınan TA-57 adlı hərbi ratsiya vasitəsi ilə aparıldığı bildirilib və “80 volta qədər elektrik cərəyanı verilə bilər və bu ümumiyyətlə barmaqlara, qulaqlara və cinsiyyət orqanlarına tətbiq oluna bilər” şərhi verilib. Qeyd edilib ki, bu zaman “ən təsirli üsul dustaqın üzərinə su tökməkdir”.
Dünən yayımlanan görüntülərdə Fəriddun “Telegram”da tanış olduğu şəxslərin bu qanlı terror aktını həyata keçirmək üçün ona pul verdiyini açıqlayıb.
Gununsesi.info