“Rusiyanı yanlış prezident seçdiyinə görə cəzalandırırlar”- LAVROV

“Rusiyanı yanlış prezident seçdiyinə görə cəzalandırırlar”

ABŞ rusiyalıları dövlət başçısını “yanlış” seçdiklərinə görə  cəzalandırmaq istəyir.

Gununsesi.info xəbər verir ki, bunu BBC-yə müsahibəsində Rusiya Xarici İşlər Naziri Sergey Lavrov bəyan edib.

“Onlar deyirlər ki, guya sanksiyalar sadə rusiyalılara qarşı yox, yalnız siyasətçilər, hərbçilər və oliqarxlara qarşı tətbiq edilir. Bu yalandır. Onların arzusu, mən bunu görürəm, minlərlə, on minlərlə, yüz minlərlə rusiyalını təşvişə salmaqdır. Rusiyalıları dövlət başçısını “yanlış” seçdiklərinə görə  cəzalandırmaq istəyirlər”, deyə S.Lavrov qeyd edib.

Gununsesi.info

COMMENTS