Dünən Rusiyanın Tver vilayətinin Toropets şəhərində yerləşən nəhəng sursat anbarı Ukrayna dronları tərəfindən vurulub.
Gununsesi.info-nun Ukrayna mediasına istinadən verdiyi xəbərə görə, adıçəkilən anbarda 30 min tona qədər müxtəlif mərmi və raketlər saxlanılırmış.
Bildirilir ki, bu, müharibə başladıqdan bəri partladılan ən böyük sursat anbarıdır.
Siyasi şərhçi Şahin Cəfərli Gununsesi.info-ya açıqlamasında deyib ki, Rusiya bundan sonra öz hərbi ehtiyacları üçün cinayətkar Şimali Koreya və İran rejimlərinə daha çox üz tutmalı olacaq: “Lakin bu rejimlər özləri permanent müharibə hazırlığı vəziyyətində olduqlarından sursat ehtiyatlarını davamlı şəkildə Rusiyaya təqdim edə bilməzlər”.
Afət Abbasova
Gununsesi.info