Rusiyanın ƏN GÜCLÜ 5 hərbi gəmisi

“Nəşnl İnterest” Rusiya Donanmasına aid ən güclü 5 gəminin adını açıqlayıb.

Gununsesi.info Axar.az-a istinadla xəbər verir ki, nəşr ilk sırada ağır nüvə raket kreyseri olan “Böyük Pyotr” gəmisinin olduğunu yazıb. Bunun eyni zamanda dünyanın ən böyük hərbi gəmisi olduğu bildirilir.

HTML tutorial

İkinci yerdə isə “Borey” sinfinə aid “Knyaz Vladimir” nüvə sualtı qayığı yer alır.

Rusiya Donanmasının ən güclü gəmiləri arasında “Yasen-M” sinfindən “Kazan” sualtı qayığının da adı çəkilir.

Siyahıda yer alan “Marşal Ustinov” kreyserinin modernləşdirildikdən sonra P-1000 “Vulkan” qanadlı raketləri, eyni zamanda 9K33 “Osa” və S-300 zenit raket sistemləri ilə təchiz olunduğu bildirilir.

Beşinci yerdə isə “Qremyaşi” gəmisi yer alır.

Gununsesi.info