Rusiyanın ən zəif nöqtəsinə zərbə endirdik – SIRSKİ

  • By Günel
  • 09 Sentyabr 2024 10:30

“Rusiyanın ən zəif müdafiə edilən nöqtəsinin Kursk istiqamətində olduğunu öyrəndik, bu səbəbdən hücum üçün oranı seçdik”.

Gununsesi.info Globalinfo.az – a istinadən xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski deyib.

Generalın sözlərinə görə, rus ordusu bu ərazidən sonrakı hücumlar üçün tramplin kimi istifadə etməyi planlaşdırıb:

“Bizim üçün Sumi istiqaməti həmişə təhlükə olub, ona görə də öz imkanlarımızı qiymətləndirərək, düşmənin müdafiəsində, onun strukturunda ən zəif nöqtəni seçmişik. Bu onların hücum təhlükəsini azaltdı və hərəkətə keçməsinin qarşısını aldı”.

Gununsesi.info