Rusiyanın ən zəngin qadınlarından biri həbs edilib

  • By admin
  • 18 Dekabr 2021 10:18

Moskvanın Basmannı məhkəməsi bankir Olqa Mirimskayanı İstintaq Komitəsinin əməkdaşına rüşvət verməkdə şübhəli bilinərək iki ay müddətinə həbs edib.

Gununsesi.info xəbər verir ki, bu barədə “Mash” teleqram kanalı məlumat yayıb.

HTML tutorial

Mirimskaya adı açıqlanmayan cinayət işində zərərçəkmiş kimi tanınması üçün İstintaq Komitəsinin Moskva vilayəti üzrə İdarəsinin əməkdaşına avtomobil bağışlayıb.

Qeyd edək ki, 2015-ci ildə Mirimskaya “Forbes” jurnalının tərtib etdiyi “Rusiyanın ən zəngin qadınları” reytinqində 22-ci yerdə qərarlaşıb. Onun sərvəti 100 milyon ABŞ dolları qiymətləndirilir.

Gununsesi.info