Rusiya Bəşər Əsəd rejimindən rəsmi olaraq hava hücumlarını dayandırmasını istədi.
Axar.az xəbər verir ki, bunu BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Stefan de Mistura bildirib.
Türkiyə və Rusiyanın liderlik etdiyi Astana prosesinin atəşkəsi böyük ölçüdə təmin etdiyini deyən Mistura Astana iclaslarının Cenevrədə müzakirə edilən siyasi prosesləri dəstəklədiyini bildirib.