Rusiyanın 10 diplomatı ABŞ-dan qovulur - RUSİYAYA YENİ SANKSİYALAR

  • By admin
  • 15 Aprel 2021 22:24

Bayden yeni sanksiyalar barədə fərman verdi

ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib. Gununsesi.info xarici mediaya istinadən bildirir ki, Prezidenti Co Baydenin fərman verdiyi sanksiyalara əsasən, Rusiyanın Vaşinqtondakı diplomatik missiyasının 10 əməkdaşı ölkədən çıxarılacaq.
Bundan başqa, ABŞ öz şirkətlərinə Rusiya Mərkəzi Bankı, Milli Sərvət Fondu və ya Maliyyə Nazirliyi tərəfindən buraxılmış qiymətli kağızları almağı qadağan edir.
Sənəddə Rusiya Xarici Kəşfiyyat Xidməti ABŞ-a qarşı kiberhücuma görə məsul tutulur.
ABŞ Maliyyə Nazirliyi isə Rusiyanın ABŞ-da seçkilərə müdaxilədə şübhəli bilinən 16 təşkilatına və fiziki şəxsinə sanksiya tətbiq edib.

Gununsesi.info