Rusiyanın 65 kilometrlik karvanı hərəkətə gəldi – Qoşun Kiyevə doğru irəliləyir - FOTOLAR

  • By admin
  • 12 Mart 2022 12:54

Bir həftədir Kiyev ətrafında tərpənməz vəziyyətdə qalan 65 kilometrik Rusiya ordu karvanı hərəkətə gəlib. Rusiya ordusu Kiyevi mühasirəyə almağa hazırlaşır.

Gununsesi.info bildirir ki, bu barədə Türkiyənin “Huriyyet” qəzeti məlumat yayıb. ABŞ-ın “Maxar” peyk şirkətinin təqdim etdiyi fotolara görə, günlərlə Hostomel hava limanı yaxınlığında gözləyən karvandakı maşınlar yenidən sahəyə yerləşdirilir.

Qəzet bildirir ki, Rusiya qüvvələri hər iki tərəfdən şəhərə yaxınlaşmağa davam edir.

“İşğalın üçüncü həftəsində rus ordusu paytaxt Kiyevə doğru irəliləməyə başlayıb. Rusiya qüvvələri iki gündür qərbdə İrpin və şərqdə Brovarı vasitəsilə paytaxtı mühasirəyə almağa çalışır. Kiyev yaxınlığındakı 65 km uzunluğundakı nəhəng karvan da yenidən mövqe tutmağa başlayıb”-deyə məlumatda vurğulanır.

Hərbi ekspertlər xəbərdarlıq ediblər ki, səfərbərlik “uzun və qanlı” münaqişələrin başlanğıcı ola bilər.

Gununsesi.info