Rusiyanın aviabazası və aerodromları vuruldu

  • By Günel
  • 14 Avqust 2024 10:20

Rusiyanın Nijeqorod vilayətindəki “Savasleyka” hərbi aviabazası PUA hücumuna məruz qalıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.

Məlumata görə, aviabazaya 10-a yaxın PUA zərbəsi endirilib. Ukrayna kanalları “Savasleyka”da “Xəncər” raketlərinin daşıyıcıları olan MiQ-31 təyyarələrinin yerləşdiyini yazıb.

Aviabazanın yaxınlığındakı kəndə giriş-çıxış bağlanıb.

Bundan başqa, Voronej vilayətindəki “Borisoqlebsk” və “Baltimor” hərbi aerodromlarına da PUA zərbələri endirilib.

 

Gununsesi.info