Rusiyanın Azərbaycana silah və hərbi texnika göndərməsi hər dəfə Ermənistan ictimaiyyətində çox ciddi narahatlıq yaranır.
Gununsesi.info xəbər verir ki, bunu Ermənistanın müdafiə naziri Viqen Sakisyan “İnterfax”a müsahibəsində deyib.
Onun sözlərinə görə, Ermənistan cəmiyyəti Rusiyanın Azərbaycana silah-sursat, hərbi texnika göndərməsi məsələsinə çox ciddi yanaşır: “Bu silah-sursat bölgədə vəziyyətin gərginləşməsinə xidmət edir. Necə ki, 2016-ci ilin aprelində belə bir vəziyyət yarandı. Bu silahların ermənilərə qarşı istifadə edilməsi Ermənistan ictimaiyyəti tərəfindən çox ciddi emosiya ilə ilk olaraq Rusiyaya qarşı etiraz dalğası baş qaldırır”.
Erməni nazir deyib ki, ölkəsi Rusiya ilə həqiqi müttəfiqdir: “Bunu hamı bilir. Əgər hər hansı formadasa rus silahlari münaqişənin həllində disbalans yaradaraq risk faktoruna çevriləcəksə, düşünürəm ki, bu, ilk növbədə Rusiyanın marağına uyğun deyil”.
Mürtəza
Gununsesi.info