Rusiyanın Azərbaycandakı səfirliyi qətllə bağlı açıqlama yayacaq - SƏFİRLİK (ÖZƏL)

  • By admin
  • 20 Dekabr 2016 13:01

 

russian_embassy_110407-big

Rusiyanın Türkiyədəki səfiri  Andrey Karlovun sui-qəsdlə öldürülməsindən həmən sonra  daha bir rus diplomatının qətlə yetirlməsiylə bağlı xəbərlər yayıldı.

Gununsesi.info Rusiyanın Azərbaycandakı səfirliyinin mühafizəsinin hansı səviyyədə  gücləndirilməsiylə bağlı səfirliyin mətbuat xdmətiylə əlaqə saxlayıb. Mətbuat xidmətinin əməkdaşı Denis Opulov bildirib ki, hazırda səfirlik bütün bu məslələrlə bağlı mətbuata açıqlama hazırlayır: “Yaxın saatlarda bütün bunlarla bağlı səfirliyin açıqlaması  haqda KİV-ə məlumat veriləcək”- deyə, o bildirib.

Qeyd edək ki, dekabrın 19-da Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov silahlı sui-qəsd nəticəsində öldürülüb. Rəsmi Ankara və Moskva bu hadisəni kəskin şəkildə qınayaraq, sui-qəsdin iki ölkə münasibətlərinə zərər vurmağa yönəldiyini bildiriblər.

Xatırladaq ki, 2016-cı il aprelin 5-də Rusiyanın Azərbaycandakı səfirliyində  mühafizəsinin gücləndirilməsiylə bağlı məlumat yayılmışdı.  Mətbuatın həmin vaxt yazdığına görə, səfirliyin binası polis əməkdaşları tərəfindən üzük qaşı kimi əhatə olunmuşdu.

Gülnaz Qənbərli

Gununsesi.info