Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətlə yetirilməsi ilə əlaqədar Rusiyanın Azərbaycandakı səfirliyində xatirə kitabı açılıb.
Gununsesi.info xəbər verir ki, artıq səhər saatlarında xarici ölkələrin Azərbaycanda akrreditə olunmuş səfirləri və diplomatik korpus nümayəndələri, deputatlar, ölkə ictimaiyyətinin nümayəndələri səfirliyə gəliblər.
Səfirliyə gələn şəxslər xatirə kitabına ürək sözlərini yazıblar və səfir Vladimir Daroxinə başsağlığı diləklərini çatdırıblar.
Azərbaycan hökuməti adından isə Baş nazirin birinci müavini Yaqub Eyyubov səfirliyə gələrək xatirə kitabına ürək sözlərini yazıb.
O, Rusiya səfirinə Andrey Karlovun ölümü ilə bağlı başsağlığı verib, Azərbaycan və Rusiyanın hər zaman birlikdə olduğunu və olacağını deyib.
Qeyd edək ki, xatirə kitabı iki gün açıq olacaq. Xatirə kitabıbu gün saat 10.00-dan 13.00-dək və sabah saat 10.00-dan 13.00-dək açıq olacaq.
Qeyd edək ki, xatirə kitabı iki gün açıq olacaq. Xatirə kitabıbu gün saat 10.00-dan 13.00-dək və sabah saat 10.00-dan 13.00-dək açıq olacaq.
Mürtəza
Gununsesi.info