Rusiyanın Bakıdakı səfirliyi qarşısında etiraz aksiyası keçirildi –

  • By admin
  • 09 Aprel 2021 15:01

Bu gün Bakıdakı Rusiya səfirliyi qarşısında etiraz aksiyası keçirilib.

Gununsesi.info xəbər verir ki, Müsavat Partiyası Gənclər Təşkilatı üzvləri və digər fəalların iştirakı ilə keçirilən etiraz aksiyası Rusiyanın Yuxarı Qarabağda olan qüvvələrinin öz mandatına aid olmayan fəaliyyətinə, işğalçı kimi davranışlarına qarşı yönəlmişdi.

Aksiyada “Xankəndi Azərbaycandır!”,”Xocalı Azərbaycandır!”, “Qarabağdan əlini çək!” və başqa şüarlar səsləndirlib.

Etirazçılar səfirlikdən Qarabağ müharibəsində “İsgəndər-M” raketlərinin istifadəsilə bağlı izahat tələb ediblər.

Piketin qətnaməsi Azərbaycan və rus dillərində diqqətə çatdırılıb.

Müsavat Partiyasının başqanı Arif Hacılı bildirib ki, bu aksiya ilə yerli və beynəlxalq ictimaiyyətin diqqətini Rusiya silahlı qüvvələrinin Azərbaycan ərazisində törətdiyi özbaşınalığa yönəltməyə çalışıblar.

“Ağır pandemiya şəraitinə baxmayaraq, öz sağlamlıqları risk altında qoyub bu aksiyada iştirak edən hər kəsə xüsusi fədakarlıqlarına görə təşəkkür edirəm.

Azərbaycanın ağrılı problemləri ilə bağlı etiraz aksiyalarımız yüksələn xətt üzrə davam edəcək”

Gununsesi.info