Rusiyanın Baş naziri Mixail Mişustin ilə Azərbaycanın Baş naziri Əli Əsədov arasında telefon danışığı olub.
Gununsesi.info-nun məlumatına görə, bu barədə Rusiya Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, M.Mişustin Əli Əsədovu doğum günü münasibətilə təbrik edib.
“Hökumət başçıları Rusiya-Azərbaycan ticari-iqtisadi əməkdaşlığını da müzakirə ediblər”, – məlumatda qeyd edilib.
Söhbət zamanı tərəflər MDB məkanında qarşılıqlı əlaqələrin gücləndirilməsindən də danışıblar.
Gununsesi.info