Rusiyanın baş prokuroru Bakıya gəldi – VİDEO

  • By admin
  • 08 Aprel 2021 19:29

Rusiyanın baş prokuroru İqor Krasnov bu gün Azərbaycanın baş prokuroru Kamran Əliyevin dəvəti ilə Bakıya rəsmi səfərə gəlib.

Baş Prokurorluqdan Gununsesi.info-ya verilən məlumata görə, hər iki qurum rəhbərləri ikitərəfli qarşılıqlı fəaliyyətin müxtəlif aspektlərini, prokurorluq fəaliyyətinin ən aktual məsələləri üzrə birgə tədbirlərin keçirilməsinin perspektivlərini müzakirə etmək və bir sıra ikitərəfli sənədləri imzalamaq niyyətindədirlər.

Səfərin təfərrüatı barədə ictimaiyyətə mütəmadi olaraq məlumat veriləcək.

 

Gununsesi.info