Rusiyanın “Birinci Kanalı”nda şok yaşandı - ƏMƏKDAŞ PUTİNİN UKRAYNA MÜHARİBƏSİNƏ QARŞI /VİDEO

  • By admin
  • 15 Mart 2022 00:11

Rusiyanın “Birinci Kanalı”nın studiyasında canlı verliş gedərkən əlində müharibə əleyhinə poster tutan qadın görünüb.

Gununsesi.info xəbər verir ki, qadının əlində tutduğu plakatda “Propaqandaya inanmayın, sizə burda yalan danışırlar” deyə yazılıb.

Bir çox rus jurnalistlərinin bildirdiyinə görə qadın “Birinci kanal”ın redaktorlarından biridir.

Gununsesi.info