Rusiyanın Birinci kanalının müxbiri Kiyevdə OĞURLANIB

  • By admin
  • 30 Avqust 2017 16:10

1501395776

Rusiyanın Birinci televiziya kanalının müxbiri Anna Kurbatova Kiyevdə oğurlanıb. 

Gununsesi.info-nun apa-ya istinadən verdiyi məlumata görə, bu barədə kanalın mətbuat xidmətindən RİA “Novosti”yə bildirilib.

Hadisə barədə əlavə məlumat verilməyib.

Qeyd edək ki, Anna Kurbatovanın adı Ukraynanın məşhur “Mirotvorets” saytının məlumat bazasında da olub.

Saytın müəllifləri jurnalisti informasiya manipulyasiyasında və Ukraynanın Müstəqillik günü münasibətilə keçirilən parad barədə qərəzli süjet hazırlamaqda ittiham ediblər.

Gununsesi.info