Rusiya xarici işlər nazirinin müavini Vasiliy Nebenzya ölkənin BMT-dəki daimi nümayəndəsi postuna təyin olunub.
Gununsesi.info-nun “Lenta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə prezident Vladimir Putin fərman imzalayıb.
Kremlin mətbuat xidmətinin məlumatında bildirilir ki, Nebenzya həmçinin Moskvanı BMT-də təmsil edəcək.
Qeyd edək ki, V. Nebenzya 2013-cü ilin iyunundan XİN rəhbərinin müavini vəzifəsini daşıyırdı.
Xatırladaq ki, Rusiyanın BMT-dəki keçmiş daimi nümayəndəsi Vitaliy Çurkin bu ilin fevralında infarktdan ölüb.
Gununsesi.info