
Rusiyanın Tula vilayətinin Yefremov şəhərində binanın girişinin bir hissəsi uçub.
Gununsesi.info-nun məlumatına görə, dağıntının ilkin səbəbi qaz partlayışıdır.
“Yefremov şəhərində beşmərtəbəli yaşayış binasında, ilkin məlumatlara görə, qaz partlaması nəticəsində giriş uçub. Dağıntılar altında insanlar ola bilər”, – deyə fövqəladə hallar xidmətindən bildirilib.
TASS xəbər verir ki, partlayış evin birinci girişini dağıdıb. “İnterfaks”ın məlumatına görə, partlayış nəticəsində 5 nəfər ölüb.
Gununsesi.info