Rusiyanın “dəhşət ssenarisi”: ÖZ ŞƏHƏRLƏRİNİ VURACAQ?

  • By admin
  • 06 Mart 2022 20:44

Ukraynaya hərbi hücumun faktiki olaraq iflasa uğraması kontekstində Rusiya hakimiyyəti sərhəd ərazilərdəki rus yaşayış məntəqələrini atəşə tutmaq və bunda Ukrayna ordusunu günahlandırmaq istəyir.

Gununsesi.info  xəbər verir ki, belə bir iddia ilə Ukrayna Dezinformasiyaya qarşı Mərkəzi çıxış edib.

“Kremlin planına görə, bundan Rusiyada ümumi səfərbərlik etmək üçün istifadə ediləcək. Rusiya Əfqanıstanda, Çeçenistanda və Abxaziyada hərbi əməliyyatlara bəhanə kimi dəfələrlə oxşar ssenarilərdən istifadə edib”, – məlumatda bildirilib.

Gununsesi.info