Rusiyanın daha 120 fiziki və hüquqi şəxsinin sanksiya siyahısına salınması təklif edilir

  • By ilhame
  • 15 Noyabr 2023 20:38

Avropa Komissiyası (AK) Rusiyaya qarşı məhdudlaşdırıcı tədbirlərin 12-ci paketi çərçivəsində Rusiyada 120 fiziki və hüquqi şəxsə qarşı sanksiyaların tətbiqini təklif edib.

Gununsesi.info xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) xarici siyasət xidmətinin bəyanatında deyilir.

Orada qeyd olunur ki, Aİ sanksiyalarının 12-ci paketinin layihəsi dünən axşam Aİ Şurasına təqdim edilib.

“Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell Avropa Komissiyası ilə birlikdə Ukraynanın ərazi bütövlüyü və suverenliyinə xələl gətirməkdə oynadıqları rola görə əlavə olaraq 120 fiziki və hüquqi şəxsin sanksiya siyahısına daxil edilməsini təklif edir”, bəyanatda deyilir.

Layihədə həmçinin sanksiyalardan yayınma hallarına qarşı yeni idxal və ixrac məhdudiyyətlərinin qəbul edilməsi və neftin qiymətinin yuxarı həddinin sərtləşdirilməsi təklifi də yer alır.

Gununsesi.info