Rusiyanın daha bir aviaşirkəti fəaliyyətini dayandırdı

  • By admin
  • 24 Mart 2022 16:10

Rusiyanın “Azur” Hava Yolları şirkəti fəaliyyətini sanksiyalara görə dayandırmaq məcburiyyətində qalıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Strateji Nəqliyyat Mərkəzi məlumat yayıb.

Şirkət Rusiyada 40 şəhərə və xaricə 29 istiqamətə uçuşlar həyata keçirirdi.

Qeyd edək ki, Rusiya mülki təyyarələrinin böyük əksəriyyəti xarici şirkətlərin əmlakıdır və yaxud kreditdədir. Bu təyyarələr ölkədən çıxarkən həbs edilir.

Təyyarələrin ehtiyat hissələri də Rusiyaya verilmir. Buna görə də qısa müddətdən sonra Rusiyanın təxminən 1200-dən çox təyyarəsinin 800-dən çoxu uçuş qabiliyyətini itirəcək.

Gununsesi.info