Rusiyanın daha bir qrupu Azərbaycanda minaların təmizlənməsində iştirak edəcək – FOTO/VİDEO

  • By admin
  • 25 Mart 2021 14:28

Rusiya FHN-in növbəti pirotexniklər qrupu martın 24-də Azərbaycana gəlib.

Gununsesi.info Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin məlumatına əsasən xəbər verir ki, qrup işğaldan azad olunmuş torpaqların minalardan təmizlənməsi əməliyyatlarında iştirak edəcək.

HTML tutorial

Belə ki, 25 nəfər mütəxəssisdən ibarət qrup üç aylıq fəaliyyətini başa vuraraq Rusiyaya geri dönən digər qrupu əvəz edəcək. Gəncə Beynəlxalq Hava Limanında rusiyalı pirotexnikləri Azərbaycan FHN-in Qarabağ Regional Mərkəzinin rəisi polkovnik Mirəli Feyziyev qarşılayıb.

Qeyd edək ki, Rusiya FHN-in pirotexniklər qrupu işğaldan azad olunmuş torpaqlarımızın minalardan təmizlənməsi əməliyyatını Azərbaycan FHN-in bu sahədə ixtisaslaşmış qüvvələri ilə birlikdə icra edir.

Gununsesi.info