Rusiyanın daha bir şəhərindən Bakıya aviareyslər bərpa olunur

  • By admin
  • 28 İyun 2021 16:09

İyulun 5-dən Rusiyanın Omsk şəhərindən Azərbaycana uçuşlar bərpa olunacaq.

Gununsesi.info xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Hava Limanından məlumat verilib.

Bundan əvvəl Rusiyanın “Ural Hava Yolları” aviaşirkəti Omsk hava limanından Bakıya 28 iyun tarixinə planlaşdırılan uçuşu ləğv etmişdi.