Böyük Britaniya və Şimali İrlandiya Krallığı Rusiyanın Ədliyyə Nazirliyinin və Penitensiar sistemin rəhbərliyinə qarşı sanksiyalar tətbiq edib.
Gununsesi.info-nun xarici mediaya istinadən verdiyi məlumata görə, bu barədə Birləşmiş Krallığın baş naziri Rişi Sunak parlamentdə çıxışında deyib.
O, bildirib ki, Putin Aleksey Navalnini hələ bir neçə il öncə öldürməyə cəhd etmişdi.
“Lakin o xaricdə müalicə aldıqdan sonra ölkəsinə qayıtdı. Bu ən cəsarətli addım idi. O, ölkəsinin azadlığı, gələcəyi uğrunda həyatını itirdi. Biz Rusiyanı Navalnının nəşini ailəsinə təhvil verməyə çağırırıq”– deyə baş nazir bildirib.
Gununsesi.info