Rusiyanın Ermənistandakı hərbi bazasında 8 milyon dollarlıq fırıldaq

  • By admin
  • 21 Dekabr 2016 21:17

rus-herbciler-300x198

 

Rusiyanın Ermənistandakı 102 saylı hərbi hissəsi üçün ərzaq məhsullarının alınması zamanı 7 milyon 600 min dollardan (470 milyon rubul) çox dələduzluq edilib.

“Kommersant” qəzeti xəbər verir ki, Rusiyanın Rostov-Don şəhərində Cənub və Mərkəzi hərbi dairələrin ərzaq təchizatı xidmətinin rəisinin işi üzrə istintaq başa çatıb.

Həmin cinayət işinə əsasən, Gümrüdəki hərbi bazada Rusiya dövlətinə 470 milyon rubl məbləğində ziyan vurulub.

Xəbərdə bildirilib ki, polkovnik Denis Zorinlə əlbir olduğu ehtimal edilən 102 saylı hərbi hissənin ərzaq xidmətnin rəisi Valdimir Fetisov 2016-cı ilin iyununda 7 il müddətinə azadlıqdan məhrum edilib.

Gununsesi.info