Rusiyanın Gümrüdəki baş konsulu Ruslan Kandaurov vəfat edib.
Gununsesi.info xəbər verir ki, bu haqda Rusiyanın Ermənistandakı səfirliyi məlumat yayıb.
“Təəssüflə bildiririk ki, noyabrın 8-də Rusiyanın Gümrüdəki baş konsulu Ruslan Kandaurov vəfat edib”, – məlumatda deyilir.
Qeyd edək ki, Kandaurov 2020-ci ilin dekabrında Gümrüdə baş konsul vəzifəsinə təyin edilib. O, 1996-cı ildən diplomatik xidmətdə olub, Rusiya Xarici İşlər Nazirliyinin mərkəzi aparatında və xaricdə müxtəlif vəzifələrdə çalışıb.