Rusiyanın hərbi gəmiləri Bakıya gəldi - FOTO

  • By admin
  • 23 İyul 2017 20:28

gami-rusiya

Rusiya Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasının “Qrad Sviyajsk” kiçik raket gəmisi və “SB-45” xilasetmə yedək gəmisi iyulun 23-də Bakıya gəlib.

Gununsesi.info Müdafiə Nazirliyinin saytına istinadla xəbər verir ki, gəmilər Azərbaycanın Xəzər dənizindəki ərazi sularında keçiriləcək “Dəniz Kuboku – 2017” beynəlxalq yarışlarında iştirak edəcəklər.

Azərbaycan, Rusiya, İran və Qazaxıstan hərbi gəmilərinin iştirak edəcəyi yarışlar avqustun 1-dən 11-dək keçiriləcək.

Gununsesi.info