Rusiyanın hava hücumundan müdafiə qüvvələri bir gündə rekord sayda Ukrayna dronunu vurub

  • Müəllif: Orxan
  • 18 Avqust 2026 14:27

Rusiya Müdafiə Nazirliyinin məlumatlarına istinadən RİA Novosti agentliyi bildirib ki, Rusiya hava hücumundan müdafiə sistemləri bir gündə rekord sayda Ukrayna Silahlı Qüvvələrinin pilotsuz uçuş aparatını məhv edib.

Gununsesi.info xəbər verir ki, avqustun 18-də Müdafiə Nazirliyi hava hücumundan müdafiə qüvvələrinin bir gündə 1671 təyyarə tipli pilotsuz uçuş aparatını vurduğunu bildirib.

Agentlik qeyd edir ki, Ukrayna dronlarının əvvəlki ən yüksək sayı 16 avqustda qeydə alınıb və bir gündə 1478 PUA zərərsizləşdirilib.

Maqsud

Gununsesi.info