Rusiyanın hücumu nəticəsində ukraynalı uşaq həlak oldu

  • By admin
  • 24 Fevral 2022 14:04

Rusiyalı hərbçilərin Xarkov vilayətinin Çuquev şəhərini atəşə tutması nəticəsində partlayış və yanğın baş verib.

Gununsesi.info xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.

Məlumata ghörə, fevralın 24-də hücum nəticəsində Çuquev şəhərindəki 5 mərtəbəli yaşayış binasında baş verən yanğın ölümlə nəticəçlənib.

Hadisə yerinə xilasedicilər və təcili tibbi yardım maşını gəlib. Partlayışda azyaşlı uşaq həlak olub. Yaralılar var. Xilasedicilər yanan evdən 15 nəfər sakini təxliyə ediblər. Yanğın lokallaşdırılıb.

Gununsesi.info