Rusiyanın iki diplomatı Estoniyadan qovulub

  • By admin
  • 26 May 2017 21:27

eston-1-300x179

 

Rusiyanın Narvadakı baş konsulu Dmitri Kazennov və konsulu Andrey Surqayev Estoniyadan çıxarılacaqlar.

“Report” xəbər verir ki, bunu Estoniya XİN-in təmsilçisi Sandra Kamilova TASS-a bildirib.

Nazirlik diplomatların Estoniyadan qovulması səbəbini açıqlamaqdan imtina edib. Rusiyanın Estoniyadakı səfirliyi də məsələyə aydınlıq gətirməyib.

 

Gununsesi.info