
Ermənistanda 2 naməlum şəxs Rusiyanın İrəvandakı səfirliyinin qapısına içərisində qırmızı boya olan paketlər atıb.
Gununsesi.info xəbər verir ki, bu barədə məlumatı TASS yayıb.
Məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşı hadisəyə müdaxilə etdikdə, sözügedən şəxslər ərazidən uzaqlaşıb.
Hələ ki məsələ ilə bağlı rəsmi açıqlama verilməyib.