Rusiyanın itkiləri durmadan artır - DƏHŞƏTLİ RƏQƏMLƏR

  • By admin
  • 27 Mart 2022 11:25

Rusiya Silahlı Qüvvələrinin Ukraynada itirdiyi qüvvələrin yeni sayı məlum olub.

Gununsesi.info-nun xəbərinə görə, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı feysbukda məlumat yayıb.

Bildirilib ki, indiyədək 16 600 hərbçi zərərsizləşdirilib.

Bundan başqa, hücum edən tərəfin 582 ədəd tankı, 1 664 ədəd zirehli döyüş maşını, 294 ədəd artilleriya sistemi, 93 ədəd RYAS, 52 hava hücumundan müdafiə sistemi, 121 ədəd hərbi təyyarəsi, 127 ədəd helikopteri, 1 144 ədəd nəqliyyat vasitəsi, 7 ədəd gəmi/kater, 73 ədəd yanacaq çəni, 56 ədəd dronu, 21 ədəd xüsusi texnikası və 4 operativ-taktiki raket komplesi məhv edilib.

Gununsesi.info