Rusiyanın keçmiş müdafiə naziri həbs edilib

Rusiyanın keçmiş müdafiə nazirinin müavini Dmitri Bulqakov korrupsiya ilə bağlı cinayət işi çərçivəsində Moskvada saxlanılıb.

Gununsesi.info Rusiya mediasına istinadən xəbər verir ki, departament Bulqakovun prosessual vəziyyəti və ya digər təfərrüatları açıqlamayıb.

Bildirilib ki, qanunsuz fəaliyyətə şərait yaradan səbəblərin müəyyən edilməsi üçün istintaq hərəkətləri və əməliyyat tədbirləri həyata keçirilir.

İstintaq Komitəsinin (İK) rəsmi nümayəndəsi Svetlana Petrenko jurnalistlərə bildirib ki, “iştirak edən şəxslə bağlı zəruri istintaq hərəkətləri aparılır”.

Qeyd edək ki, Bulqakov 2008-ci ildən 2022-ci ilin sentyabrınadək müdafiə nazirinin müavini vəzifəsində çalışıb və 2016-cı ildə Rusiya Federasiyasının Qəhrəmanı adına layiq görülüb.

 

 

Şəbnəm

Gununsesi.info