
Krasnodar diyarının Primorsko-Axtarsk şəhərində güclü partlayış baş verib.
Gununsesi.info xəbər verir ki, bu barədə Lenta.ru “Telegram” kanallarının məlumatlarına istinadən yazıb.
Mash-ın məlumatına görə, hadisə Primorsko-Axtarsk şəhərində baş verib.
“Bizdə olan məlumata görə, hava hücumundan müdafiə qüvvələri bir raketi vurub”, – məlumatda deyilir.
Telegrma-kanal Baza bildirir ki, partlayış yerində diametri 10 metr və dərinliyi təxminən 4 metr olan quyu əmələ gəlib. Partlayışın nədən baş verdiyi hələlik məlum deyil. Tələfat və dağıntı olmayıb.
Krasnodar diyarının qubernatoru Veniamin Kondratyev öz Telegram kanalında bələdiyyə başçısı ilə daim əlaqə saxladığını yazıb. İlkin məlumata görə, evlərə və infrastruktur obyektlərinə ziyan dəyməyib. “Hazırda hadisənin səbəbləri araşdırılır”, – o əlavə edib.
Gununsesi.info