Rusiyanın Lvova raket hücumları nəticəsində şəhərin 80%-i işıqsız qalıb

“Rusiyanın Lvova raket hücumları nəticəsində şəhərin 80%-i işıqsız qalıb. Elektrik enerjisi olmadığından istilik təchizatı müvəqqəti dayandırılıb. İsti su yoxdur. Kommunal xidmətlər artıq dizel generatorlarını işə salır”.

Gununsesi.info xəbər verir ki, bu barədə Lvov meri Andriy Sadovyi videomüraciətində raket hücumlarının nəticələrinin ağır olduğunu bildirib.

HTML tutorial

“Bir nəfər ağır yaralı var – zədəsi çox ağırdır”, – mer qeyd edib.

“Vəziyyət çox mürəkkəbdir… Raket zərbəsi nəticəsində bir nəfər yaralanıb. Zərərçəkmiş dərhal xəstəxanaya yerləşdirilib. Şəhərdə tramvay və trolleybuslar işləmir. Həyəcan saatı bitdikdən sonra bərpa işlərinə başlanılacaq. Bütün məktəblilər və məktəbəqədər uşaqlar həyəcan siqnalı bitənə qədər müəllim və tərbiyəçilərin yanında sığınacaqlardadırlar.” – Sadovy bildirib.

Mer vurğulayıb ki, səsgücləndiricisi olan avtomobillər şəhərdə həyəcan siqnalının bitdiyini elan edəcək.

Gununsesi.info