Rusiyanın məşhur diktoru vəfat etdi

Rusiyanın xalq artisti, SSRİ Mərkəzi Televiziyasının diktoru və teleaparıcı Svetlana Morqunova 84 yaşında vəfat edib.

Gununsesi.info TASS-a istinadən xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıb.

Svetlana Morqunova 1961-ci ildən SSRİ Mərkəzi Televiziyasının diktoru olub. O, həmçinin “Mavi işiq” və “Səhər poçtu” proqramlarının aparıcılarından biri olub.

 

 

Gununsesi.info