Rusiyanın “Metrovaqonmaş” şirkəti Azərbaycana “81-765/766” modelində 5 vaqondan ibarət ilk metro qatarını yola salıb.
APA-nın verdiyi məlumata görə, bu barədə “Metrovaqonmaş” şirkətinin tərkibinə daxil olduğu “Transmaşxoldinq” məlumat yayıb.
Rusiyanın “Metrovaqonmaş” şirkətinin Azərbaycana “81-765/766” modelində 5 vaqondan ibarət iki metro qatarı satmasını nəzərdə tutan müqavilə 16 fevral 2018-ci ildə imzalanıb.
Gununsesi.info