Rusiyanın “Metrovaqonmaş” şirkəti 5 vaqondan ibarət ilk metro qatarını Bakıya yola salıb

  • By admin
  • 21 Mart 2018 17:59


Rusiyanın “Metrovaqonmaş” şirkəti Azərbaycana “81-765/766” modelində 5 vaqondan ibarət ilk metro qatarını yola salıb.

APA-nın  verdiyi məlumata görə, bu barədə “Metrovaqonmaş” şirkətinin tərkibinə daxil olduğu “Transmaşxoldinq” məlumat yayıb.

Rusiyanın “Metrovaqonmaş” şirkətinin Azərbaycana “81-765/766” modelində 5 vaqondan ibarət iki metro qatarı satmasını nəzərdə tutan müqavilə 16 fevral 2018-ci ildə imzalanıb.

 

Gununsesi.info