Rusiyanın milyard yarımlıq gəliri Ukraynaya köçürülür

Euroclear Rusiyanın aktivlərindən əldə etdiyi 1,55 milyard avro gəliri Aİ-nin Ukrayna üzrə fonduna köçürəcək.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, iyul ayında Belçikanın depozitari Euroclear Rusiya aktivlərindən əldə edilən gəlirin 1,55 milyard avroluq ilk hissəsini Ukrayna üzrə Avropa Fonduna köçürmək niyyətindədir.

Onlar qeyd ediblər ki, bu məbləğ Rusiya aktivləri ilə bağlı mənfəətdən Belçika dövlətinə ödənilməli olan 836 milyon avro korporativ vergiyə əlavə olunacaq. Söhbət 2024-cü ilin birinci yarısı üçün mənfəətdən gedir.

Euroclear həmçinin əlavə edib ki, ilin birinci yarısında şirkət bloklanmış Rusiya aktivlərinin yenidən investisiyasından 3,4 milyard avro gəlir əldə edib.

Əvvəllər bildirilmişdi ki, Avropa Komissiyası Kiyev üçün kredit təklifi hazırlayır.

Onlar Ukraynaya Rusiya Federasiyasının dondurulmuş aktivlərindən geri qaytarılmaqla 50 milyard dollar təmin etmək istəyirlər.

Təklif olunan mexanizm isə Avropa İttifaqı büdcəsinin təminatlarına əsaslanacaq.

Bundan əvvəl bildirilmişdir ki, Aİ-nin Rusiyaya qarşı sanksiyaların dərinləşdirilməsi və onun aktivlərindən əldə edilən gəlirlərin Kiyevi dəstəkləmək üçün istifadə edilməsi istiqamətində fəaliyyətini davam etdirəcəyi bildirilib.

 

 

Şəbnəm

Gununsesi.info