Rusiyanın minlələrlə incəsənət nümayəndəsi Putindən tələb edir: “Qoşunlarını Ukraynadan çək"

  • By admin
  • 28 Fevral 2022 10:01

Rusiyada Putinin Ukraynanı işğal cəhdinə qarşı çıxanların sayı getdikcə artır.

Gununsesi.info Rusiya mətbuatına istinadla xəbər verir ki, bu gün 1800-dən artıq incəsənət nümayəndəsinin adından Vladimir Putinə açıq müraciət hazırlanıb.

Müraciətdə deyilir ki, Ukraynaya qarşı müharibə yolverilməzdir və həmçinin, Rusiyanın təcridi bu ölkənin icəsənət sahəsini bərbad vəziyyətə salacaq: “Biz rəssamlar, arxitektorlar, tənqidçilər, incəsənətşünaslar və digər incəsənət və mədəniyyət nümayəndələri Ukrayna sakinlərilə tam həmrəy olduğumuzu bildiririk və “Müharibəyə yox!” deyirik. Biz dərhal qoşunların Ukraynadan çıxarılmasını, bütün hərbi əməliyyatların dayandırılmasını və danışıqların başlanmasını tələb edirik”.

İncəsənət nümayəndələri açıq məktubda bildiriblər ki, Rusiyaya qarşı sanksiyalar onsuz da pis durumda olan Rusiyanın incəsənət sahəsini daha da bərbad vəziyyətə gətirəcək: “30 il ərzində incəsənət sahəsində görülən işlər bu gün zərbə altında qalıb. Bütün beynəlxalq əlaqələr qopacaq, tərəfdaşlıq layihələri dayandırılacaq və s. Bütün bunlar onsuz da kövrək olan incəsənətimizin iqtisadiyyatını dağıdacaq, onun Rusiya və beynəlxalq aləm üçün əhəmiyyətini ciddi şəkildə azaldacaq”.

Gununsesi.info