Rusiyanın müdafiə naziri Sergey Şoyqu Kremlə çağırılıb - VİDEO/FOTOLAR

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Kremlin Kafedral meydanında görünüb.

Bu barədə sosial şəbəkələrdə kadrlar yayılıb.

Görüntülərdə müdafiə qurumunun rəhbəri ilə yanaşı, Federal Mühafizə Xidmətinin rəhbəri Dmitri Koçnev, Milli Qvardiyanın rəhbəri Viktor Zolotov və Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov da var.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin qiyam cəhdini yatıran hərbçilər qarşısında çıxış edir.

O, hərbçilərin və hüquq-mühafizə orqanları əməkdaşlarının faktiki olaraq vətəndaş müharibəsini dayandırdıqlarını bildirib.

“Rusiya Federasiyasının hərbçiləri ölkə üçün çətin bir zamanda və xaosla nəticələnəcək iğtişaşların qarşısını aldılar”, – deyə prezident vurğulayıb.

Dövlət başçısı üsyan zamanı həlak olan pilotların üzərlərinə düşən vəzifəni şərəflə yerinə yetirdiklərini deyib və onları bir dəqiqəlik sükutla yad edib.