Rusiyanın müharibədəki itkiləri açıqlandı

  • By admin
  • 29 Mart 2022 11:25

Müharibə başlayandan bu günə qədər Ukraynada Rusiya Silahlı Qüvvələrinin 17 200 hərbçisi zərərsizləşdirilib.

Gununsesi.info xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

“İşğalçı qüvvələrin 597 ədəd tankı, 1710 ədəd zirehli döyüş maşını, 303 ədəd artilleriya sistemi, 96 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 54 hava hücumundan müdafiə sistemi, 127 ədəd hərbi təyyarəsi, 129 ədəd helikopteri, 1178 ədəd nəqliyyat vasitəsi, 7 ədəd gəmi/kateri, 73 ədəd yanacaq çəni, 71 ədəd PUA-sı, 21 ədəd xüsusi texnikası və 4 operativ-taktiki raket komplesi məhv edilib” – məlumatda deyilir.

Gununsesi.info