Rusiyanın müvəqqəti işlər vəkili Litva XİN-ə çağırıldı

Rusiyanın Litvadakı müvəqqəti işlər vəkili Aleksandr Elkin respublikanın Xarici İşlər Nazirliyinə çağırılıb.

Gununsesi.info xəbər verir ki,  bu barədə nazirliyin saytında dərc olunan bəyanatda bildirilib.

“Bu gün Litva ətraflı izahat alınması üçün Rusiyanın nümayəndəsini çağırır”, – deyə Baltikyanı ölkənin Xarici İşlər Nazirliyindən qeyd edilib.

Xatırladaq ki, daha əvvəl hərbi-diplomatik mənbə jurnalistlərə bildirib ki, Rusiya Baltikyanı dövlət sərhədi xəttinə yenidən baxmaq niyyətində deyil.

Gununsesi.info