Ukrayna Rusiya ərazisinə hücumlarını davam etdirir. Ukrayna Baş Qərargahı hərbçilərin Rusiyanın Samara vilayətindəki Sızran neft emalı zavoduna hücum etdiyini açıqlayıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, məlumata görə, Rusiya ordusunu neftlə təmin edən neft emalı zavodunda partlayışlar eşidilib və yanğın başlayıb.
Həmçinin, Rusiya Silahlı Qüvvələrinin Donetsk vilayətinin Yenakieve şəhərindəki komanda mərkəzinin də vurulduğu bildirilib.
Orxan












