Rusiyanın paytaxtında ciddi karantin tətbiq oluna bilər

  • By admin
  • 17 Mart 2020 14:35

Rusiya hökuməti Moskvada koronavirusa görə ciddi karantin tətbiq edə bilər.

Gununsesi.org bildirir ki, Gazeta.ru-nun məlumatına görə, rəsmi Moskva bu barədə məsələni nəzərdən keçirir.

Karantinin virusa yoluxanların sayının artdığı təqdirdə martın 20-dən tətbiq ediləcəyi bildirilir.

Hazırda Moskvada 53 koronavirusa yoluxma faktı qeydə alınıb.

Fəaliyyətləri şəhərin həyat təminatı ilə əlaqəsi olmayan müəssisə işçilərinin evdən işləyəcəyi güman edilir.

Səlahiyyətlilər ticarət mərkəzləri, barlar, kafe və restoranların fəaliyyətinin məhdudlaşdırılması variantını da müzakirə edirlər. Bundan əlavə, sərnişin axınının, o cümlədən şəhərə girişin məhdudlaşdırılması üçün tədbirlər görülür.

Xəstə sayı həddindən çox olarsa, metro da daxil olmaqla ictimai nəqliyyatın fəaliyyəti dayandırılacaq.

Gununsesi.org